Boston Dynamics-in robot iti neft şirkətində mühafizəçi işləyəcək

0
478

Boston Dynamics şirkətinin istehsal etdiyi robot it Norveçdə bir neft şirkətində işə başlayacaq.

Spot adlı robot neft emalı zavodlarından birində istehsalat və təhlükəsizliyə cavabdeh olacaq. Görəcəyi iş isə üzərindəki 3D kamera və xüsusi sensorlarla qaz sızıntılarını aşkarlayıb operatorlara xəbər verməkdən ibarətdir.
Bundan başqa, robot itin insan həyatı üçün təhlükəli ola biləcək tapşırıqlarda da istifadəsi gözlənilir.