Böyük Britaniyanın baş naziri Boris Conson ölkə polisini qadınlara qarşı cinayətləri yetərincə ciddiyə almadıqları üçün tənqid edib.
O bildirib ki, mövcud vəziyyət “qəzəbə səbəb olur” və bu sistemi dəyişdirmək lazımdır.
Conson “polisin onların tərəfində olduğuna” inandığını vurğulayıb. Onun sözlərinə görə, qadınlar hüquq-mühafizə orqanlarına etibar edə bilərlər, lakin çox vaxt cinsi və məişət zorakılığı sahəsindəki cinayətlərə laqeyd yanaşılır. O, ölkə polisini bu kimi hallara məhəl qoymadığı və qadınları yetərincə müdafiə etmədiyi üçün qınayıb.
“Çox tez-tez sistem şikayətlərinin ciddiyə alınmasını gözləyən, işlərinə baxılmasını gözləyən qadınlara bu, həyatı bahasına başa gəlir, amma heç nə olmur. Bunun onlar üçün alçaldıcı olmasına görə zərərçəkənlərin geri çəkildiklərini, təslim olduqlarını görürük. Və bu qəzəb doğurur”.