Bolqarıstanda quş qripi tüğyan edir

0
260

Bolqarıstanın Stara Zaqora şəhəri yaxınlığındakı sənaye quşçuluq fermasında yüksək patogenli quş qripi epidemiyası aşkarlanıb.

Bu barədə ölkənin Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Yüksək patogenli A tipli virusun törətdiyi xəstəlik 7 mindən çox quşun olduğu ördək fermasında qeydə alınıb.

Xəstəlik ocağından 10 km radiusda profilaktik və karantin tədbirləri həyata keçirilir, baytarlıq nəzarəti gücləndirilib. İnfeksiyanın səbəbləri araşdırılır.

Quş qripi həzm və tənəffüs orqanlarına təsir edən və quşların ölümünə səbəb olan kəskin yoluxucu xəstəlikdir. Daşıyıcılar adətən vəhşi heyvanlardır