Bölgə üçün təhlükəli xəbərdarlıq: Türkiyənin cənub-şərqindən İrana qədər…

0
9

Türkiyənin cənub-şərqindən İrana qədər uzanan 1500 kilometrlik yarıq aşkar edilib.

Bu barədə Almaniyanın Göttingen Universitetindən olan beynəlxalq tədqiqat qrupu tərəfindən araşdırma aparılıb. Araşdırmada çatın Zaqros dağlarının altında olduğu məlum olub.

“Solid Earth” akademik jurnalında dərc olunan məqalədə Türkiyənin cənubunda baş verən bu geoloji hərəkətlərin bölgəyə ciddi təsir göstərə biləcəyi bildirilib.

Göttingen Universitetinin Struktur Geologiya və Geotermal Elmlər bölməsinin alimi Renas Koshnav deyib ki, Tetis okeanının qalan hissələri bu gün Aralıq, Qara və Xəzər dənizi kimi tanınır:

“Afrika, Ərəbistan və Hindistan plitələrinin Avrasiya plitəsi ilə toqquşması nəticəsində meydana gəldiyi düşünülən 1500 metrlik dağ silsiləsi olan Zaqros dağları yer qabığını aşağıya doğru çəkir. Bu zaman da yeni faydalı qazıntı yataqları əmələ gələ bilər ki, bu da mühüm geoloji nəticələrə səbəb olacaq. Bu tədqiqat Yerin sərt xarici qabığının necə işlədiyini başa düşməyə kömək edir. Bu cür tədqiqatlar zəlzələ riskləri, filiz yataqları və geotermal enerji kimi təbii ehtiyatların kəşfi haqqında daha yaxşı məlumat verir”.