Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşdi

0
325

Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək boks üzrə gənclər arasında Avropa birinciliyinin püşkü atılıb. Bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

komandamızın heyətində birinciliyin ilk günündə rinqə üç boksçumuz – Kamil Babayev, Səid Abdullayev və Daniel Xolostenko çıxacaq.

Avropa birinciliyində 39 ölkədən 400-dən artıq boksçu qüvvəsini sınayacaq. Azərbaycan millisi oğlanların yarışında tam heyətlə mübarizə aparacaq. Yarışın qaliblərinin adlarına isə aprelin 21-də aydınlıq gələcək.

Avropa birinciliyi

14 aprel
1/16 final

Kamil Babayev (-54 kq) – Davit Çaparidze (Gürcüstan)
Səid Abdullayev (-67 kq) – Samuel Qulyotta (İtaliya)
Daniel Xolostenko (-71 kq) – Andrey Osiyevsçi (Moldova)

15 aprel
1/16 final

Zaur Qəhrəmanov (-63,5 kq) – Antoni Makdonel (İrlandiya)
Aslan Quliyev (-60 kq) – Aleksandr Yarovyı (Ukrayna)

1/8 final
Kənan Babayev (-48 kq) – Tələt Yağlı (Türkiyə)
Ənvər Babayev (-75 kq) – Moris Harstedt (İsveç)
Səbuhi Əlizadə (+92 kq) – Kaan Tükənməz (Türkiyə)

16 aprel
1/16 final

Arif Bayramov (-57 kq) – Artur Donoque (İrlandiya)

1/8 final
Sərxan Budaqov (-80 kq) – Vladislav Dudar (Ukrayna)
Məmməd Quliyev (-92 kq) – Elvin Mayue-Belezika (İsveç)
Amin Məmmədzadə (-51 kq) – Patrik Makkena (İrlandiya)

18 aprel
1/4 final

Fətəli İsmayılov (-86 kq) – Oğuzhan Türk (Türkiyə)