Serbiyanın paytaxtı Belqradda keçiriləcək kişi boksu üzrə dünya çempionatının vaxtı tezliklə açıqlana bilər.
Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) xəbər verir ki, qurumun Direktorlar Şurası bu dünya çempionatının vaxtını müzakirə edib.
Həmçinin apreldə Polşanın Keltse şəhərində baş tutmalı olan gənclərin (kişi və qadınlar) dünya çempionatının dəqiq vaxtı və qadınların dünya çempionatının harada keçirilməsi barədə müzakirə həyata keçirilib.
Bundan başqa, Qlobal Boks Kuboku pandemiya səbəbindən 2022-ci ilə təxirə salınıb. Yarışın final mərhələsinə Rusiyanın paytaxtı Moskva ev sahibliyi edəcək.