Böhtan ediləni deyil edəni kirlədər…

0
392

Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək hər bir mətbuat işçisinin sadəcə peşə borcudur. Bu məsuliyyəti dərk edən jurnalist peşə etikasına riayət etməklə bərabər, peşə ləyaqətini yüksək tutmuş olur. Həsən bəy Zərdabi qəzeti millətin aynasına bənzədirdi, Mirzə Cəlil qələmin müqəddəs məqsədini xalqa xidmətdə görürdü.Ancaq bugün mediada olan qərəzli və sifarişli yazılar yazan, kimisə hədəfə cevirən və KİV-i `İkinci hakimiyyət` deyil, reket dəstəsinə döndərənlər üçün təbii ki, yuxarıda deyilənlər həqiqətdən çox uzaqdır. İllərdirki MŞ tərəfindən qara siyahıdan adı çıxarılmayan sensasiya və reytinq arxasınca qaçan, söz azadlığından şəxsi maraqları üçün istifadə edən,jurnalistika prinsiplərinə tamamilə zidd olaraq obyektivlikdən və etikadan uzaq mülahizələrin, yalan, böhtan və dezinformasiyaların mətbuata çıxmasına şərait yaradan “Təzadlar” qazeti sifarişli yazılar yazmaqla məşğuldur.Hər kəsə məlumdur ki, baş redaktor Asif Mərzili tərəfindən yazılan sifarişli yazılar, kiminsə haqqında ictimai rəyi mənfiyə doğru dəyişdirmək üçün əsaslandırılmamış, qurama sübutlarla hazırlanan reportajlar, sifariş edilən şəxsə qarşı aşağılamalarla dolu yazıları artıq adi hal kimi qarşılanır. Məsələ bundadır ki, Mətbuat Şurası “Təzadlar”ı dürüst jurnalistika prinsiplərinə zidd yazılarına, peşə meyarlarını davamlı şəkildə pozduğuna görə demək olarki hər il “Qara siyahı”ya salmışdı. Təsadüfi deyil ki, bu qəzetdə ardıcıl olaraq məzmunu hikkəli və qərəzli, məqsədi “qaranlıq” yazıların getməsi ilə bağlı ictimaiyyətdə qəti və birmənalı rəy yaranıb İllərdir adı qara siyahıda olan “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə MŞ tərəfindən “qara siyahı”dan çıxmağın prosedurları barədə də məlumat verilsədə Təəssüflər olsun ki, Asif Mərzili “Təzadlar” qəzetinin “qara siyahı”ya daxil edilməsini şərtləndirən nöqsanları aradan qaldırmaq, fəaliyyətində dönüş etmək əvəzinə fərqli yol seçərək Yanlış, yalan yazmaq, marağı tələb edəndə məsələləri şişirdib əndazədən çıxarmaq, şər və böhtan ataraq, istənilən vasitə ilə şəxsi maraqlarını təmin etməyə iş üslubu seçmişdir.

Yazdığı sifarişli yazılardan biri Ölkə Preizdentinin cağırışı ilə yaradılmış İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov haqqında olmuşdur.Təşkilatın məram və məqsədinin müstəqil dövlətimizin möhkəmləndirilməsi və inkişafı naminə şəffaflığın artırılması, korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına qarşı ölkə Prezidentinin apardığı mübarizədə vətəndaş həmrəyliyi nümayiş etdirməsini görə- görə, bunları görməzliyə vurmaq, təşkilatın sədri Rasim Məmmədov haqqında qarayaxma kampaniyası aparmaq dürüst qəzetçiliyə zidd olmaqla bərabər, insaf, vicdan, obyektivlik kimi insani cəhətlərlə qatı təzad təşkil edir.Təşkilatın 5 ildir ki,Rasim Məmmədovun rəhbərliyi ilə mütərəqqi fəaliyyət prinsiplərini sadə və qərəzsiz şəkildə qurmasını, Ölkə Prezidentinin hər çıxışında vurğuladığı ictimai nəzarəti ətrafına Ümummilli Lider Heydər Əliyev siyasətinə və Prezident İlham Əliyevə sadiq, millət vəkilləri, xalq yazıçıları, xalq artistləri, elm-incəsənət adamları Azərbaycan xalqına, millətinə sadiq ziyalıları, iş adamları və digər sadə vətənpərvər insanları cəmləyib həyata keçirməsini parlaq nümunə kimi dəyərləndirməkdənsə , göz önündəki həqiqətlərə qarşı bu cür qərəzli, qəzəbli, qeyri-obyektiv mövqe sərgiləməsi bir daha sübut edir ki, onun adı “qara siyahılar”dan əskik olmayacaq.
Mən Rasim Məmmədov barəmdə yazılan həmin bəyanatı sifarişli yazı olmasından əmin olaraq , yazının tamamilə cəfəngiyyat, uydurmalar, şər və böhtan sayaraq bildirirəm ki, Azərbaycan Dövlət Nəşriyyatında 25 il 6 ci mərtəbədə tam şəraitsiz bir otaqda öz qara piarı ilə məşğul olan Asif Mərzilini 8 ci mərtəbədə tam şəraitli yüksək standartlara uyğun otaqda fəaliyyəti üçün şərait yaratmışam.Humanistlik göstərək onun fəaliyyətinin qara mənfi piyarları ilə hər kəsdə bir nöqsan axtararaq qıcıq verici məqalələrdən ibarət olduğunu, ən böyük yadda qalan hadisə isə 1995-ci ildə dövlət çevrilişinə cəhd zamanı mətbuat işçisi kimi Azərbaycan Dövlətinin əleyhinə olan məqalələrin dərc olunmasında, ölkə əhalisinin çaşdırıcı mövqelərə sürüklənməsini, Mahir Abdullayevin oğurlanması cinayətində Elşad Abdullayev tərəfindən irəli sürülən təqsirləndirilmələri və s bu kimi fəaliyyət növü olmasını bilərək onu illərdir bu cür fəaliyyətindən çəkindirməyə çalışmışam Ən böyük iradlarıma məhəl qoymayaraq Xudu Məmmədovun şəkilini oturduğu stolun yuxarısından asaraq “mənim prezidentim budur” deməsi Azərbaycanı dünyaya tanıdan bu siyasətin arxasında xalqın etimadını qazanan və bu etimadın haqqını ən yüksək səviyyədə verən prezident İlham Əliyevi dəstəkləyən xalqa qarşı xəyanət deməkdir.
Azərbaycan elm və ictimai-siyasi xadimi, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədovu özünə ölkə rəhbəri seçən A.Mərzili onun kəlamı olan “Xalqı yaşat, onun qəlbində yaşa! Xalqın cibində yaşama ki, onu boşaldıb bir gün özün də məhv olasan.” “Mətbuat yaxşının yayılması üçündür. Pis isə özbaşına daha yaxşı yayılır” kimi dediyi kəlamların əksi obrazını canlandırır.A.Mərzili xalqını yaşadaraq onun qəlbində yaşamaqdansa, cibini yaşadıb sifarişli yazılar dərc edərək, mətbuatda yaxşıların təbliğini yox, şər-böhtan yazılarla gündəmdə daha uzun müddət qaldığını zənn edir. Təəssüf hissilə qeyd etməliyəm ki,neçə illərdirki baş redaktora təşkilatın mövcud olduğu gündən Azərbaycan xalqının və onun vahid seçimi olan dünya siyasət meydanında liderlik statusu qazanan Lider Prezidentimiz İlham Əliyevin iradəsini ifadə etməsini aşılamağa çalışsamda bu gün necə deyərlər öz qoynumda saxladığım ilan kimi baş qaldıran, təxribat xarakterli sifarişli yazını həyata keçirdən,özünü guya “haqsızlığın qurbanı”, “təzyiqlərinin hədəfi” kimi qələmə verən A.Mərzilinin bədniyyət fəaliyyətinin növbəti nümunəsi ilə üz üzə dayandım. Mənzərə tamam aydınlığı ilə göz önündə ola-ola “Təzadlar”ın özündən “həqiqət carçısı”, “mətbuat cəfakeşi” düzəltmək səyləri təəccübdən də artıq acı gülüş doğurur.

Yazdığı bəyanatə Aygün Muradxanlı, Rauf Arifoğlu, Azər Həsrət kimi xarici ölkələrdə fəaliyyət göstərən ermənipərəst anti-Azərbaycan meyilli qüvvələrə başçılıq edən insanların rəy bildirməsi baş redaktorun üzdə hakimiyyətin aktiv təbliğatçısı gizlində müxalifətin ən böyük birliyində təmsil olunmağınınmı xəbərçisidir???
Son olaraq Asif Mərziliyə xatırlatmaq istəyirəm ki, uzun illər İctimài Nəzarət Koalisiyasının keçirdiyi dövlət və beynəlxalq səviyyəli tədbirlərdə Rasim Məmmədovun şəxsi büdcəsi hesabına iştirak edib, nüfuzlu insanlar sirasında dayanması,Rasim Məmmədovu övladının nişan toy mərasimində “ağsaqqalım” deyib təqdim etməsi, bugün isə əqidəsini 180 dərəcə dəyişən, şəxsin hərəkətlərinin bir adı var – nankorluq.
Necə deyərlər…. İftiraçının düşməni Allahdır.
Böhtan; ediləni deyil, edəni kirlədər…