“Boeing” ölüm təyyarəsinə çevrilir – İndi də çat tapıldı

0
503

Avstraliyada sərnişin daşımasını həyata keçirən 3 belə təyyarənin qanad hissəsində çat izi tapılıb. Artıq bununla əlaqədar olaraq bütün dünyada qanad hissələrində çat izi aşkarlanan 50 təyyarə istismardan kənarlaşdırılıb

“Boeing”in 737 NG sərnişin təyyarələrində çat izi aşkarlanıb.

Bundan əvvəl İndoneziya və Efiopiyada qəzaya uğrayaraq 346 nəfərin ölümünə səbəb olan “Boeing” bu dəfə Avstraliyada “fərqləynib”.

Bəlli olub ki, Avstraliyada sərnişin daşımasını həyata keçirən 3 belə təyyarənin qanad hissəsində çatlar var. Artıq bununla əlaqədar olaraq bütün dünyada qanad hissələrində çat izi aşkarlanan 50 təyyarə istismardan kənarlaşdırılıb.

Məlumata görə, bu təyyarələr ötən əsrin 90-cı illərin sonunda istehsal olunub.