Almaniyanın ən böyük gölü olan Bodendə polis 103 nəfərin cəsədini aşkar edib.
Bildirilib ki, qorxunc tapıntılar uzun müddət yağıntının olmaması səbəbindən su hövzəsinin kəskin dayazlaşması nəticəsində üzə çıxıb.
Hazırda hər bir fakt üzrə araşdırma aparılır, itkin düşmüş şəxslər barədə məlumatlar yoxlanılır. İstintaq eyni zamanda üç qonşu ölkədə – Almaniya, Avstriya və İsveçrədə aparılır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hər il göldə bir neçə çimərlik və su idmanı həvəskarı həlak olur. Son 10 ildə təkcə 10 nəfər hələ də itkin düşmüş hesab olunur.
Qeyd edək ki, gölün sahəsi 536 kvadratkilometrdir.