BMT-nin Zimbabvedəki nümayəndəliyi ölkədə azyaşlı nikahları təcrübəsini qınayıb.
“RİA Novosti” xəbər verir ki, bu, Zimbabvedə 14 yaşlı qızın doğuş zamanı ölümündən sonra baş verib.
Təşkilat uşaq nikahlarına və qadınlara qarşı şiddətə son qoymağa, həmçinin gühankarların məsuliyyətə cəlb edilməsinə çağırıb.
Qeyd edək ki, Zimbabvedə 14 yaşlı Memori adlı qız doğuş zamanı vəfat edib. Hazırda ölkə polisi hadisənin təfərrüatlarını araşdırır.