BMT Təhlükəsizlik Şurasına daimi üzvlərin sayı artacaq? – Rusiya mövqeyini açıqladı

0
59

Rusiya çoxqütblü dünya nizamının yaradılması və saxlanması səylərinin bir hissəsi olaraq Hindistan, Braziliya və Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasına daimi üzv kimi qoşulmaq üçün qanuni istəklərini dəstəkləyəcək.

Bunu müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“İnkişaf etməkdə olan ölkələr Təhlükəsizlik Şurasında kifayət qədər təmsil olunmur, buna görə də biz həmişə dediyimiz kimi, Hindistan və Braziliyanın Təhlükəsizlik Şurasında yer almaq marağı və qanuni istəyini dəstəkləyirik. Ancaq eyni zamanda Afrika ölkələrinin istəkləri də təmin edilməlidir. Afrikada hörmət etdiyimiz ümumi kollektiv mövqelər var. Biz burada özümüzü məhdudlaşdırırıq”, – deyə nazir beynəlxalq qurumun daimi üzvlərinin sayının genişlənməsi ilə bağlı sualı şərh edib.

Daha əvvəl Rusiyanın BMT- dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, ABŞ hakimiyyəti BMT Təhlükəsizlik Şurasını lazımsız yük kimi qəbul edir.