
BMT-nin Mina Aksiyası Xidməti (UNMAS) digər bölmələrlə birlikdə Dağlıq Qarabağda təcili yerləşdirmə üzərində işləyir.
Bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin nümayəndəsi bildirib.
Tərəflərin ehtiyaclarının qiymətləndirilməsi üzrə missiyanın dekabrın əvvəlindən fəaliyyətə başlaması gözlənilir.
“BMT-nin Mina Aksiyası Xidməti (UNMAS) digər BMT qurumları və ərazidəki qrupla koordinasiyalı şəkildə tərəflərin tələb etdiyi BMT yardımı kontekstində təcili yerləşdirmə üzərində işləyir”, – deyə qurumun nümayəndəsi bildirib.