BMT plastiki qadağan edəcək

0
364

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaxın gələcəkdə təbiətin plastik və onun tullantıları ilə çirkləndirilməsinin qadağan edilməsi ilə bağlı qətnamə qəbul edib.

Qətnamə 2024-cü ilə qədər plastik çirklənmənin qadağan edilməsinə dair müqavilə hazırlayacaq hökumətlərarası danışıqlar komitəsinin yaradılmasını nəzərdə tutur. UNEP prezidenti, Norveçin iqlim və ətraf mühit üzrə naziri Espen Bart Eide bu sənədin qəbulunun tarixi məqam olduğunu vurğulayıb.

O, həmçinin plastik tullantıların bir çox canlıların nəslinin kəsilməsinə səbəb olduğunu xatırladıb.