BMT nümayəndəsi: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri öyrənmək vacibdir”

0
183

“Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə həyatın canlanması üçün intensiv işlər görür”. 

Bunu Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərifi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iqlim dəyişikliyi, koronavirus pandemiyası və digər fəlakətlər transformativ dəyişikliklər üçün problemlər yaradıb. 

BMT nümayəndəsi qeyd edib  ki, dünyadakı problemlər fonunda Milli Şəhərsalma Forumu Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri öyrənmək, ölkənin texniki təcrübəsini öyrənmək baxımından vacibdir.