BMT-nin Livandakı sülhməramlılarının qərargahına raket düşüb

0
186

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) Livanın cənubunda yerləşən əsas qərargahı raketlə vurulub.

Livanın baş naziri Nəcib Mikati hücumla bağlı UNIFIL komandiri Aroldo Lazaro ilə telefon danışığı aparıb.

Məlumata görə, UNIFIL-in Naqouradakı (Livanın cənubu) qərargahına raket düşüb və Mikati hücum barədə məlumatı Lazarodan alıb.

Mikati UNIFIL ilə tam həmrəy olduğunu bildirib.

Hesabatda raketin İsrail və ya Livandan atıldığı barədə məlumat verilmir.