Dünyanın zəngin ölkələri fəal şəkildə öz əhalisini peyvənd etdirdiyi bir vaxta dünyanın bəzi ölkələri hələ də bir doza koronavirus peyvəndi əldə edə bilməyib.
TASS agentliyi xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş jurnalistlərin suallarına cavab verərkən söyləyib.
“Mövcud vəziyyətdən çox narahatam. Bəzi ölkələr əhalisini çox sürətlə peyvənd etdirir, amma bəzi ölkələr hələ də vaksinin bir dozasını belə almayıb.”, – deyə A.Quterreş vurğulayıb.
BMT-nin baş katibi koronavirusa qarşı peyvənd istehsalçılarını öz səylərini birləşdirməyə və peyvənd istehsalının həcmini ikiqat artırmağa səsləyib.