BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletti Ermənistan və Azərbaycan silahlı qüvvələri arasındakı təmas xəttindəki hərbi əməliyyatların dayandırılması ilə bağlı çağırış edib.
Bu barədə qurumun Ali Komissarlığının rəsmi saytında məlumat dərc olunub. Mişel Baçeletti bildirib ki, Dağlıq Qarabağda təmas xətti boyunca hərbi əməliyyatların bərpa olunmasından narahatdır:
“Tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram. Mülki şəxslərin ölümləri və yaralanmalarla yanaşı, mülki obyektlərə və infrastruktura ziyan dəyməsi ilə bağlı məlumatlardan çox narahatam”.