BMT islamofobiya ilə bağlı qətnamə qəbul etdi

0
181

BMT Baş Assambleyası islamofobiya ilə mübarizədə atılacaq addımlara dair qətnamə qəbul edib.

Pakistanın BMT-dəki daimi nümayəndəliyinin səsverməyə təqdim etdiyi sənəd 44-ü bitərəf olmaqla, 115 səslə keçib.

Azərbaycan da qətnaməni dəstəkləyib və səsvermədə iştirak edərək lehinə səs verib.

Sənəddə son illərdə dünyada artan islamofobiya, dövlət və özəl sferalarda insanlara qarşı dinə və əqidəyə görə zorakılıq hallarının aradan qaldırılmasında bəzi hallarda cəzasızlığın, bəzi hallarda isə cavabdehliyin olmamasından dərin narahatlıq əksini tapıb və maarifləndirmə üçün lazımı səylərin göstərilməsinin vacibliyini vurğulanıb.

Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.