BMT dünyanın ən xoşbəxt ölkəsinin adını AÇIQLADI

0
22

Finlandiya ardıcıl olaraq səkkizinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.

Bu barədə məlumat BMT-nin illik Dünya Xoşbəxtlik Hesabatında (World Happiness Report) öz əksini tapıb.

İlk üçlüyə Danimarka və İslandiya daxil olub. ABŞ siyahıda 24-cü, Rusiya 66-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən etibarən hər il BMT Baş Assambleyasının təşəbbüsü ilə dərc olunur.