Aralarında azyaşlı uşaqlar da olmaqla 4 nəfərin ağır yaralanması ilə nəticələnən mina hadisələri ilə bağlı son xəbərlər bizi kədərləndirdi.
Bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin “X” hesabında paylaşım edilib.
“Nümayəndəlik davamlı inkişaf üçün ilkin şərtlərdən biri kimi minalarla mübarizənin aktuallığını qəbul edir və bu sahədə Azərbaycana dəstəyini davam etdirməyə hazırdır”, – paylaşımda bildirilib.