BMT-dən HƏYƏCAN TƏBİLİ: Bəşəriyyət üçün daha da ÇƏTİN OLACAQ

0
375

“COVID-19 pandemiyası aradan qalxmır”.

Bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.

“Məlum olur ki, tək peyvəndlər pandemiyanın kökünü kəsə bilməz. Peyvəndlər peyvənd olunanların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinin və ölümün qarşısını alır, virusun yayılmasını ləngidir, lakin onun yayılması səngitmir. Bu, vaksinlərin qeyri-bərabər paylanması və insanların peyvənddən imtina etməsi ilə bağlıdır”, – baş katib qeyd edib.

BMT rəhbəri ölkələri ilin sonunadək dünya əhalisinin 40 faizinin peyvənd edilməsi üçün yaxın günlərdə konkret addımlar atmağa çağırıb.

Quterreş həmçinin inkişaf etməkdə olan ölkələrin üzərinə düşən yükün artmasından, xüsusən də pandemiya, dövlət borcunun çoxalması və inflyasiya ilə əlaqədar resurslarını azaltmaqdan danışıb.

Quterreş vurğulayıb ki, hazırki vəziyyət davam edən iqlim böhranı mürəkkəbləşdirir:

“Mən çox narahatam. Vəziyyət tez bir zamanda sürətlə düzəlməsə, bəşəriyyət daha da çətin günlərlə üzləşəcək”.