Quterreş avtonom silahlara qadağa qoymağa çağırır.
BMT-nin baş katibi Antonio Quterreş və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) rəhbəri Mirjana Spolyariç siyasi liderləri avtonom – canlı hədəfi öldürməyə müstəqil qərar verə bilən silahlardan istifadəni qadağan etməyə çağırırlar. Bu barədə BMT-nin şərhində deyilir.
Qeyd edilir ki, sözügedən silahlar ciddi humanitar, hüquqi, etik və təhlükəsizlik problemlərinə səbəb olur.
“Biz gücdən istifadə üzərində insan nəzarətini saxlamaq üçün indi hərəkətə keçməliyik. İnsanların müdaxiləsi olmadan birinin həyatına son qoymaq gücünə malik sistemlər beynəlxalq hüquqla qadağan edilməlidir”, – deyə bəyanatda vurğulanır.