BMT Baş katibi Antonio Quterreş ölkələrə çağırış edib.
Bu barədə BMT Baş katbi “Twitter” hesabında bildirib.
“Hamımız koronavirusun ümumi təhlükəsi ilə üzləşirik. Birlikdə hələ də COVID-19 pandemiyasının gedişatını dəyişə bilərik, bunun üçün hərəkətsizliyi aradan qaldırmaq, qətiyyətlə və stiqmadan uzaq bir şəkildə irəliləmək lazımdır.
İndi hər bir hökuməti öz səylərini artırmağa çağırıram!”, – deyə Antonio Quterreş bildirib.