BMT baş katibi Ermənistan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

0
687

BMT baş katibi Antonio Quttereş İordaniyada keçirilən Ümumdünya İqtisadi Konfransının regional forumunda Ermənistan prezidenti Armen Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, BMT baş katibi Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin Vyanada keçirdikləri görüşü alqışlayıb. Antonio Quttereş və Ermənistan Prezidenti münaqişənin həlli yolları ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha əvvəl də BMT baş katibinin sözçüsünün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatında bildirilirdi ki, baş katib Antonio Quterreş ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında martın 29-u Vyanada baş tutan ilk görüşü alqışlayıb.