BMT: “2023-cü il tarixin ən isti ilidir”

0
188

“İlin sonuna bir ay qalmış biz artıq elan edə bilərik ki, 2023-cü il bəşər tarixinin ən isti ili olub. Biz real vaxtda iqlimin çöküşünü yaşayırıq, onun nəticələri dağıdıcıdır”.

Bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş deyib.

Ümumdünya Meteorologiya Təşkilatının açıqladığı ilkin hesabata görə, oktyabrın sonunda orta qlobal temperatur əvvəlki səviyyədən 1,4 dərəcə yuxarı olub.

BMT-də qeyd edilib ki, 2016 və 2020-ci illərdə müəyyən edilmiş əvvəlki rekordlarla fərq artıq o qədər böyükdür ki, noyabr və dekabr ayları üçün məlumatlar ümumi vəziyyəti dəyişməyəcək.