Britaniyada biznesmen Əli Azif evinə girmək istəyən dörd silahlı cinayətkarın qarşısnı təkbaşına alıb.
Hadisə Bamford şəhərində biznesmen və həyat yoldaşı ilə evdə olarkən baş verib.
Ə. Azif bildirib ki, iş görüşməsinə hazırlaşırdı və itin səsinə həyətə çıxarkən soyğunçularla üzləşib: “Nə baş verdiyini görmək üçün həyətə düşdüm və başdan ayağa qara geyimli bir adam gördüm. Həmin şəxs məni görüb vurdu və döyüşümüz başladı. Özüm də nə etdiyimi bilmədim. Bir instinkt başladı – mən onu evdən çıxartmağa və həyat yoldaşımı xilas etməyə çalışırdım”.
Bildirilir ki, videoda biznesmenin əvvəlcə quldurları boş əlləri ilə məğlub etmək cəhdi lentə alınıb. Sonra onun mətbəxə qaçaraq iki bıçağa əl atdığı görüntülənib. Hadisə zaman həyat yoldaşı polisə zəng vurub. Nəticədə onlar cinayətkarların öhdəsindən gəliblər. Çərşənbə günü isə Əli Azif hadisənin videosunu paylaşaraq quldurlar haqqında hər hansı bir məlumat verən şəxsə təxminən 6100 dollar mükafat verəcəyini təklif edib.