Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
Bu gün Qəbələ rayon Əmirvan kənd şəhid polkovnik – leytenant Əfqan Abdurahmanovun ikinci il dönümü qeyd olundu.
Tədbirdə kənd sakinləri, rayon icra başçısı, nümayəndələri qazilər, axundlar, yazarlar, Qəbələ TV, şəhid ailələri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, Bərdə şəhid ailələri iştirak etdi.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş ruhuna dualar oxunmuşdur
Bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Dövlət himni səsləndirilmişdir.
Tədbirdə gələn qonaqlar çıxışında Əfqan Abdurahmanovun qəhrəmanılıgından danışmışlar.
Allah rəhmət eləsin Şəhidlərimizə
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri