“Biz birlikdə güclüyük” hər birimizin devizi olmalıdır

0
753

İctimai Nəzarət Koalisiyasının rəhbərliyinin təşkilatın rayon və regional nümayəndəlikləri, eyni zamanda yerli icra başçıları ilə görüşləri mütəmadi olaraq davam edir.
Bu gün isə İNK İdarə Heyətinin sədri Rasim Məmmədov (O, həmçinin DAMM-nin I vitse-prezidenti, SİMİB-nin rəhbəridir) təşkilatın Cənub Regional Nümayəndəliyinin rəhbərlijyi ilə birlikdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovla görüşmüşdür.
Namiq Zeynalov ölkə prezidentinin icra başçılarına verdiyi tapşırıqlara uyğun olaraq nümayəndə heyətini yüksək səviyyədə qarşılamış, ictimai nəzarətin vacibliyinə xüsusi diqqət ayırdığını bildirmişdir.
Namiq Zeynalov, eyni zamanda, başda Rasim Məmmədov olmaqla İNK-nın Masallı Regional Təşkilatının sədri Nadir Abıyevə, Cəlilabad rayon təşkilatının sədri İlqar Mirzəyevə, sədr müavini Rəcəb Abışova uğurlar arzulamış, ölkə başçısının “Biz birlikdə güclüyük” çağırış devizinin arxasında sıx birləşərək xalqımızın pandemiya dövründəki problemlərinin həlli və uğurlu inkişafımız yolunda birgə addımların səmərəli olacağını bildirmişdir.

İctimaixeber.az