Birlik sədri apteklərdəki problemlərdən DANIŞDI

0
180

“Apteklərdə qeyri-ixtisas şəxslər çalışırlar”.

Bunu Beynəlxalq Əczaçı Günü və Respublika əczaçılarının 3-cü konfransı zamanı “Əczaçılar Qrupu” İctimai Birliyinin sədri Şövqi Bünyatov deyib.

Onun sözlərinə görə, əczaçılıq sektorunda vəziyyət qənaətbəxş deyil:

“Biz əczaçılar fəal olmalıyıq. Problemlərin həllində çox şey bizdən asılıdır. Apteklərdə qeyri-ixtisas şəxslər işləyir. İş saatı qeyri-müəyyəndir. İstənilən halda vətəndaş əziyyət çəkir”.

Ş.Bünyatov qeyd edib ki, idxal acınacaqlı vəziyyətdədir:

“44 günlük müharibə göstərdi ki, idxaldan asılı olmaq yaxşı deyil. Hazırda qonşu ölkələrdəki vəziyyətdən dolayı apteklərə bəzi məhsullar limitlə verilir. İdxaldan asılılığı azaltmaq üçün zavodlar artırılmalıdır. Məhsulun müəyyən hissəsini qarşılamaq üçün 3 zavod kifayət deyil. Beynəlxalq təcrübəni Türkiyə, Gürcüstandan götürə bilərik”.