Birinin qələbəsi fəlakət, digərinin qələbəsi 3-cü dünya müharibəsi: Nə etməli?

0
158

Rusiyanın müharibədə qələbəsi fəlakət, Ukraynanın qələbəsi isə 3-cü dünya müharibəsi demək olacaq.

Fransanın ifrat sağçı Milli Mitinq partiyasının lideri Marin Le Pen danışıqların müharibədə ən yaxşı çıxış yolu olduğunu düşünür.

Le Pen uzun illər Putin Rusiyası ilə ən yaxın əlaqədə olan fransız siyasətçisi olub. 2014-cü ildə onun partiyası Rusiya bankından 9 milyon avro kredit alıb. 2022-ci ilin fevralında Ukraynanın işğalından sonra o, Putindən uzaqlaşıb və bunu xalqların suverenliyinə hörmət etməsi ilə əlaqələndirib.

“Rusiya müharibədə qalib gəlsə, bu, fəlakət olacaq, çünki ərazi münaqişəsi olan bütün ölkələr bunu silahla həll edə biləcəklərini düşünəcəklər”, – Le Pen bildirib.

“Ukrayna qalib gələrsə, bu, NATO-nun müharibəyə girdiyi anlamına gələcək, çünki mən əminəm ki, NATO-nun gücü olmadan Ukrayna Rusiyanı hərbi cəhətdən məğlub edə bilməz. Bu isə Üçüncü Dünya Müharibəsinin başlaması deməkdir”, – o əlavə edib.

“Ukraynaya silah tədarükünü davam etdirsək, o zaman bizi daha bir Yüzillik Müharibə (İngiltərə və Fransa arasında orta əsrlər münaqişəsi – red.) gözləyir. Bu da insan itkisini nəzərə alsaq, dəhşətli bir hadisədir”, – Le Pen vurğulayıb