Birinci Respublika Seçki Forumu keçiriləcək!

0
861

31 yanvar 2020-ci il tarixində, saat 14 00-da İNK Mərkəzi Qərargahında – QHT Evinin Konfrans Salonunda çağdaş tariximizdə ilk dəfə olaraq Birinci Respublika Seçki Forumu təşkil olunacaq!

İctimai dinləmələr formatında keçiriləcək Birinci Respublika Seçki Forumunda VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı bir çox məsələlərin müzakirəsi aparılacaq, aidiyyəti qurumlara təkliflər veriləcək, ictimaiyyətə ciddi mesajlar ötürüləcək.

Birinci Respublika Forumunda Beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, İNK sədri, DAMMİB I vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədov, İNK baş katibi, eyni zamanda, İNK Seçki-Monitorinq Komissiyasının rəhbəri, YYSİB sədri Aydın Xan Əbilov, İNK Ekspertlər Şurasının sədri, politoluq, sabiq namizəd Rövşən Novruzovun çıxışı, deputatlığa namizədlər, müşahidəçilər, QHT sədrləri, ictimai aktivistlər, media nümayəndələri, elektron KİV əməkdaşları, TV-lər və bloqqerlərin iştirakı nəzərdə tutulub.

İctimai Nəzarət Koalisiyası  Vətəndaş Cəmiyyəti Platformasıdır!