Türkiyənin Qaziantep şəhərində nəfəs borusuna konfet ilişən bir yaşındakı uşaq boğulmaqdan son anda qurtulub. “Haber Global”ın məlumatına görə, körpənin anasının getdiyi aptekdə vəziyyəti anlayan əczaçı dərhal müdaxilə edərək uşağı xilas edib.
Bir yaşlı uşağın boğulmaqdan xilas olduğu anlar təhlükəsizlik kameralarına düşüb.