Bir qrup hərbi qulluqçu­ tərxis edildi – FOTO

0
420

Aprelin 28-29-da Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçularının tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, mərasimlərdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılıb, Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddətində öz vəzifələrini şərəflə yerinə yetirdikləri qeyd olunub.

Hər bir sərhədçi əsgərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində möhtəşəm zəfərlə başa çatan və Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan Vətən müharibəsinin qalib əsgəri olmaqdan, müqəddəs torpaqlarımızın azad olunmasında işğalçı düşmən qüvvələrinə qarşı döyüşməkdən, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparmaqdan böyük şərəf və qürur duyması vurğulanıb.

Ölkəmizin ərazi suverenliyinin bərpası, doğma torpaqlarımızın yağı düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən yolunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi olaraq yaddaşlarda qalacağı qeyd olunub.

Xidmət etdiyi hərbi hissə ilə vidalaşaraq mülki həyata qovuşacaq əsgərlərin hərbi xidmət dövründə qazandığı müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əminlik ifadə edilib.  

Tədbirlərin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çəkilib və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.