Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” – VİDEO

0
427

36 illik ömrünün yarısını Vətənə xidmətə həsr edən, Vətən müharibəsi qəhrəmanı, “Hadrut fatehi” Camal İsmayılov 1984-cü ildə Neftçalada dünyaya gəlib.

2002-ci ildə hərbi xidmətdə olarkən komandanlığın diqqətini çəkən Camal daha sonra hərbçi olmağa qərar verib.

O, Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi fəaliyyətə başlayır. Camal rus, ingilis və erməni dillərini mükəmməl bilir. Aprel döyüşlərində isə qəhrəmanlığı ilə fərqlənib.

Vətən müharibəsinin başlaması zamanı Camal İsmayılovun ilk cümləsi belə olur: “Bu dəfə torpaqlarımızı mütləq geri qaytaracağıq”.

II Qarabağ müharibəsi iştirakçısı Camal İsmayılov Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Ərgünəş yüksəkliyinin, həmçinin Laçın dəhlizinə nəzarəti təmin edən yüksəkliyin alınmasında xüsusi fədakarlıq göstərir. O, Füzuli uğrunda gedən döyüşlərdə yaralı yoldaşına kömək etmək istəyərkən yaralanır. Yaralandığını isə ailəsindən gizlədən Camal sağaldıqdan sonra yenidən döyüşə yollanır.

Rabitə sahəsində mütəxəssis olan hərbçimiz ermənilərin rabitə sisteminə qoşulur. Hadrutu müdafiə edən 1500 nəfərlik erməni briqadasına erməni dilində əmr verir ki, geri çəkilin. Beləcə bir güllə belə atmadan 1500 nəfərlik ermənini zərərsizləşdirir.

Camal İsmayılov oktyabrın 21-i şəhidlik zirvəsinə ucalıb.