Bir güləşçimiz medal qazandı, digəri döşəyə çıxa bilmədi

0
447

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə güləşçilərin dünya çempionatında Azərbaycan ikinci medalını qazanıb.

Sərbəst güləşdə Murad Haqverdiyev (-45 kq) bürünc medal uğrunda görüşdə qırğızıstanlı Vladislav Nikandrovu 10:8 hesabı ilə məğlub edib.

Digər güləşçimiz Fərhad Kərimli (-60 kq) yaponiyalı Yoshinosuke Aoyaqi ilə bürünc medal görüşünə zədələndiyi üçün çıxa bilməyib.

Qeyd edək ki, dünən Cəbrayıl Hacıyev dünya çempionu olaraq Azərbaycana ilk medalı qazandırıb.