Azərbaycan Televiziyası ilk dəfə işğaldan azad olunduqdan sonra Xocalının ən yaxın görüntülərini lentə alıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, kadrlar “Ağrılı ümidlər: Xocalı hekayəsi” adlı filmdə nümayiş olunacaq.
Çəkiliş qrupu Xocalı faciəsi zamanı lentə alınmış real kadrların izi ilə araşdırma aparıb, indiyədək gedilməyən nöqtələrdən çəkilişlər edib.
Filmin baş qəhrəmanı o günlərdə Ağdam məscidinin qarşısında belə bir fikir səsləndirib:
“Ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, Xocalı faciəsi baş verməyəcəkdi”.
Adi bir gəncin o vaxt cəsarətlə səsləndirdiyi bu fikir filmin leytmotivini təşkil edir.
Filmin ssenaristi Afaq Vasifqızı, rejissoru Rəna Yunisli, operatoru isə Elşad Bədəlovdur. Layihənin rəhbəri Elnur Məmmədovdur.
“Ağrılı ümidlər: Xocalı hekayəsi” filmi 26 fevral saat 22:00-da AzTV-də yayımlanacaq.
Filmin anonsunu təqdim edirik: