Xaricdən gələn qadın liftdə cəmi bir dəqiqə qalmaqla 71 nəfəri koronavirus infeksiyasına yoluxdurub.
Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi xəbər verib.
Bildirilir ki, koronavirusa yoluxan qadın ABŞ-dan Çinə gedib. Xəstəlik asimptomatik davam edib, COVID-19 testinin cavabı isə mənfi olub.
Buna baxmayaraq, qadın iki həftə mənzildə özünü təcrid edib və xarici aləmlə bütün əlaqələri kəsib.
Ancaq qaydalara ciddi riayət olunmasına baxmayaraq, qadın ölümcül virusu yayıb və qonşularını yoluxdurub.
Mərkəzin məlumatına görə, bu, liftdə baş verib. O, liftdən düşdükdən sonra qurğudan istifadə edən 71 nəfər koronavirusa yoluxub.
Mütəxəssislər asimptomatik xəstələrin hələ də digərləri üçün təhlükə yaratdıqlarını vurğulayırlar.