“Nəfəs” İctimai Birliyi Huner Group-un dəstəyi ilə birgə aprelin 30-da “Bir ağac bir nəfəs” devizi altında genişmiqyaslı ağacəkmə aksiyası həyata keçirib.
Huner Group-un təsisçisi və direktoru Ehtiram Quliyevin və “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın rəhbərliyi ilə keçirilən aksiyada təbiət dostu könüllülər də iştirak ediblər.
Belə ki, aksiya çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin inzibati ərazisində ümumilikdə 500 ədəd şam ağacı əkilib və ətraf ərazidə abadlıq işləri aparılıb.
Ətraf mühitin mühafizəsinin, yaşıllıq zonasının, yaşam mənbəyimiz olan ağacların çoxaldılmasının vacibliyinə diqqət çəkmək istəyən hər iki qurum bu aksiyanı “Bir ağac bir nəfəs” devizi ilə davamlı olaraq həyata keçirəcəyini bildirib.
Qeyd edək ki, “Nəfəs” İctimai Birliyi eyni maraqlar altında birləşmiş könüllülərin təşəbbüsü ilə yaradılan, gəlir əldə etməyi nəzərdə tutmayan, dayanışma və yardımlaşma prinsipləri ilə fəaliyyət göstərən insanlıq hərəkatıdır.