Binəqədinin bitməyən yol problemi

0
688

Bakıətrafı kənd və qəsəbələrin əksəriyyətində məhəllədaxili yolların acınacaqlı vəziyyətdə olduğu məlumdur. Payız-qış aylarında bu kənd və qəsəbələrdə yaşayanlar, o cümlədən yeni salınmış (əsasən xaotik şəkildə) yaşayış məhəllələrinin sakinləri gölməçələrdən, az qala dizə çıxan palçıqdan əziyyət çəkməli olur. O cümlədən hər gün bu cür yollarla dərsə gedib-gəlməli olan məktəblilər…
Belə yollardan bir neçə küçəsi də Binəqədi rayonundadır. İsfahani küçəsi döngə 3 və Gülməmməd Ramazanov küçələrinin acınacaqlı vəziyyətdə olması burada yaşayan sakinlərin problemlərini artırmaqda davam edir. Burada yaşayan sakinlər bildirirlər ki, neçə dəfələrlə öz bücəmizdən yığışıb yolların təmiri üçün pul yığmışıq, kanalizasiya çəkdirmişik. Ancaq nə fayda yollar bərbad vəziyyətdədir. Sakinlər işə gedib gəlməkdə və uşaqların məktəbə, bağçaya aparıb gətirməkdə sözün əsl mənasında əziyyət çəkirlər. Maşınların hərəkətində bu cür yollar problemlər yaradır.

Nəzərə alsaq ki Prezident İlham Əliyev tapşırıq verib ki “Bakıda təmirsiz, palçıqlı yol qalmayacaq…” sözlərindən sonra qarşımızda belə yol görmək cənab prezidentimizin sözünə saymamazlıq kimi görsənir.

Sakinlərin sözlərinə görə 10 ildən çoxdu ki, yollarımız acınacaqlı vəziyyətdədir, baxan yoxdur. Aidiyyatı qrumlardan xahiş edirik ki, bu məsələyə biganə qalmasınlar. Neçə yüz ailənin yaşadığı bu əraziyə bir əncam çəksinlər, burada yaşayan sakinlərin probleminə yaxından köməklik göstərsinlər.

Sözügedən ərazinin fotolarini fotolarını sizlərə təqdim edirik: