Amerikalı milyarder Bill Qeytsin “2030-cu ilə qədər ət istehlakını sıfıra endirməyi hədəfləyirik” açıqlaması müzakirələrə səbəb olub.
Süni ət layihəsinin ciddi risklər daşıdığını deyən ekspertlərin fikrincə, Qeytsin bu planı bəşəriyyətin sonunu gətirəcək qədər təhlükəlidir.
Tədqiqatçı Ramazan Kurtoğlu süni ətin dini və milli baxımdan uyğun olmadığını, bu ətin inancımız və mədəniyyətimizə zidd olduğunu bildirib.
“Bu, insanlığın sonunu gətirmək üçün edilən bir əməliyyatdır. Üstəlik, süni ətin tərkibi Allahın yaratdığı heyvan ətlərində çox fərqlidir. Tərkibində elementlər yoxdur. Bir sözlə, süni ət Allahın yaratdığı ətə bənzəmir.
Süni ət həqiqi heyvan ətindən daha yaxşı qida dəyərinə malik ola bilməz. Süni ət istehsalı işə düşəndə ənənəvi heyvandarlıq və təbii həyat sona çatmış olacaq.
Kim istəyər ki, övladına süni ət və ya qida kapsulları verilsin? Süni ət məhsullarının tərkibini heç kim bilmir. Bildiyimiz yeganə fakt onun insan orqanizminə və təbiətə zərərli olmasıdır. Bunu ən yaxşı halda qlobal oyun adlandırmaq olar”.