Amerikalı milyarder, iş adamı Bill Qeyts övladlarına sərvətindən nə qədər miras qoyacağını açıqlayıb.
Hazırkı sərvəti 106 milyard dollar olan Qeyts övladları Cennifer (həkim), Rori (Çikaqo Universitetinin məzunu) və Phoebe (Stenfordda tələbə və sahibkar) baradə verdiyi təəccüblü açıqlama ilə müzakirələrə səbəb olub.
O, övladlarının öz pullarını qazanmalı olduğu fikrindədir. Odur ki, onları texnologiya mövzusunda intizamlı yetişdirib, 14 yaşına qədər smartfonları qadağan edib, ailədə təhsilə böyük önəm verilib. Bütün bunlardan sonra milyarder sərvətinin yalnız 1 faizini övladlarına miras qoymaq qərarına gəlib. Qeyts övladlarının öz uğurlarına nail olmasını istədiyini vurğulayıb. Onun sözlərinə görə, qazancının böyük hissəsi xeyriyyəçiliyə xərclənəcək.
Onun bütün var-dövləti həyat yoldaşı ilə birlikdə qurduğu Qeyts Fonduna köçürüləcək.