Bilik günü tədbir keçirilə bilər? – AÇIQLAMA

0
643

“15 sentyabrda Bilik günü ilə bağlı heç bir kütləvi tədbirin keçirilməsi nəzərdə tutulmayıb. Pandemiya şəraitində bu, mümkün deyil”.

Bunu açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Nazirliyin sözçüsü qeyd edib ki, bu il 650 mindən çox şagird ibtidai siniflərdə tədris prosesinə qoşulacaq:

“Azərbaycanda şagirdlərin 10 faizinə qədəri rus dili üzrə təhsil alır. Təxminən 1 milyon 600 min şagirddən söhbət gedir. 90 faiz şagird isə Azərbaycan dili üzrə təhsil alır”.