Bakı şəhər sakinini bıçaqla qətlə yetirən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 29-da Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan A.Quliyev evində münaqişə zəminində tanışı, Bakı şəhər sakini İlham Həşimovu bıçaqla qətlə yetirib, sonra Binəqədi rayonu ərazisində yaşayan qohumu Füzuli Şirinovun evinə gedərək orada ona və oğlu Elçinə də bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş F.Şirinovun vəziyyəti ağırdır, Elçinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Binəqədi RPİ və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Quliyev saxlanılıb.
Araşdırma aparılır.