Bıçaq və elektrik mişarı ilə silahlanmış meymunlar avtomobillərə hücum etdi – VİDEO

0
377

İngiltərənin Mersisayd qraflığındakı Nousli safari-parkında bıçaq, vintaçan, elektrik mişarı və digər əşyalarla silahlanan babuin dəstəsi avtomobillərə hücum edib.

Primatlar safari-parka gələn avtomobilləri mühasirəyə alıb, bəzi hallarda isə nəqliyyat vasitələrinə zərər vurublar.

Heyvanların necə silahlandığı barədə dəqiq məlumat yoxdur.

Bir qisim insanlar heyvanların bu alətləri fəhlələrdən oğurladığını düşünür, digərləri isə kiminsə onları zarafat xatirinə bilərəkdən silahlandırdığını düşünürlər.