Biabırçı görüntüləri yayılan məktəbin adı AÇIQLANDI: Şagirdlər polisə çağırıldı – VİDEO

0
286

Ötən gün sosial şəbəkədə şagirdlərin dərs vaxtı qeyri-etik hərəkətlər etməsi ilə bağlı yayılan videonun Bakının Xətai rayonu 165 saylı orta məktəbdə çəkildiyi məlum olub.

Görüntülərdə müəllimə qarşı hörmətsiz davranışlara yol verən üç nəfər 9-cu sinif şagirdi polis tərəfindən profilaktik uçota götürülüb. Onlar polisə çağırılaraq, izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik edərək ayaqlarını partaların üstünə qaldırması və digər xoşagəlməz hərəkətlərə yol verməsi əks olunan videogörüntü yayılıb. Yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb. 

videoya aşağıdakı linkdən baxa bilərsiniz

https://www.instagram.com/p/CZJUKqMqHC0/?utm_source=ig_embed&ig_rid=98d710b9-a80a-455c-b0d1-d52cd05756c6&ig_mid=6AB45FE7-557F-422A-BFF6-B05958B163BD