Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Şuşanın görməli yerləri ilə tanış olublar

0
289

Şuşada keçirilən konfransa toplaşan dünyanın bir sıra ölkələrinin aparıcı beyin mərkəzlərinin nümayəndələri şəhərin görməli yerləri ilə tanış olublar.

ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Rumıniya, Türkiyə, Gürcüstan və bir sıra digər ölkələrin aparıcı mütəxəssisləri Şuşa şəhərinin mərkəzi meydanına gələrək qala divarlarına baxış keçirib, Cıdır düzündə gəzintiyə çıxıblar.

Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov onlara Şuşa qalasının yaranma tarixindən danışıb.

Qeyd edək ki, nümayəndə heyəti “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” Beyin Mərkəzlərinin Beynəlxalq Konfransında iştirak etmək üçün bu gün Şuşaya gəlib.