Beynəlxalq agentlik Azərbaycanın reytinqini TƏSDİQLƏDİ

0
269

2022-ci il üçün Azərbaycanın xarici və yerli valyutada uzun və qısamüddətli suveren kredit reytinqi “BB+/B” səviyyəsində təsdiqləyib.

Bu barədə “Standard & Poor Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı hesabatında məlumat verib.  

Beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanla bağlı proqnoz isə “stabil” saxlanılıb. 

Bildirilib ki, əlverişli karbohidrogen qiymətləri Azərbaycanın fiskal və tədiyyə balansını dəstəkləyir və 2022-ci il üçün 2,7 faiz artım proqnozlaşdırılır.

Dövlət Neft Fondunda toplanmış vəsaitlər və əhəmiyyətli likvid aktivlər riskləri qismən azaldır.

Vurğulanıb ki, “stabil” proqnoz isə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bəyanatın təmin edilməsi, əlverişli karbohidrogen qiymətləri və artan qaz ixracının növbəti 12 ay ərzində Azərbaycanın fiskal və tədiyyə balansını dəstəkləyəcəyi ilə bağlıdır.