Beyin xərçəngi üçün gözlənilməz dərman tapılıb – FOTO

0
381

İshal dərmanı “Loperamid” preparatı qlioblastoma (beyin şişi) hüceyrələrini məhv edir.

“Komsomolskaya Pravda”nın məlumatına görə, Almaniyanın Frankfurt şəhərində Höte Universitetinin alimləri belə qənaətə gəlib.

Bununla bağlı təqdiqat “Autophagy”  jurnalında dərc edilib.

Tədqiqatçılar, “Loperamid”in zülal sintezindən məsul olan endoplazmik retikulumda stres reaksiyasına səbəb olduğunu müəyyən ediblər. Dərmanı qəbul etdikdən sonra yaranan stress bədxassəli hüceyrələrin özlərini məhv etməsinə səbəb olur.

“Loperamid” sağlam toxumalar üçün təhlükəsizdir.

Alimlər kəşfin beyin xərçənginin müalicəsində misilsiz ola biləcəyini deyiblər.

Bununla belə, daha çox tədqiqata ehtiyac olduğu da vurğulanıb.