Beyinə faydalı olan qidalar

0
748

Araşdırmalar nəticəsində məlum olub ki, qidaların tərkibindəki maddələr orqanizmdəki hormonların səviyyəsini dəyişdirərək özümüzü xoşbəxt və ya kədərli hiss etməyimizə səbəb olur.

A, B, C vitaminləri və maqneziumla zəngin banan, eləcə də şəkər, limon, alma, üzüm turşuları, B qrupu vitaminləri və C vitamini ilə zəngin ananas beynin fəaliyyətini gücləndirir.

Şokolad sinir sistemini stimullaşdırır, yaddaşı yaxşılaşdırır, stressdən qurtulmağa, depressiyadan çıxmağa kömək edir. Əqli fəaliyyətin yaxşılaşdırılması üçün çox faydalıdır, beynin inkişafına müsbət təsir göstərir, serotoninin səviyyəsini artırdığı üçün xoşbəxtlik bəxş edir.

Qızıl balıq Omeqa-3-lə zəngin olduğuna görə faydalı qidalar sırasındadır.

Antioksidantlarla zəngin yerkökü depressiyaya qarşı təsir edir. Yağ turşuları ilə zəngin tərkibi özünü sağlam və rahat hiss etməsinə səbəb olur.

Vitaminlərlə zəngin cəfəri də beynin fəaliyyətinə müsbət təsir göstərir. O, orqanizmi toksinlərdən təmizləyir, yorğunluğu və halsızlığı aradan qaldırır.

Kartof, gül kələmi, portağal və yumurta da insan beyninin fəaliyyətinə müsbət təsir edən qidalar sayılır.