Berlində İkinci dünya müharibəsinə aid bombaya görə 3 min insan təxliyə edilib

0
465

Almaniyanın paytaxtı Berlinin mərkəzində aşkar edilən İkinci dünya müharibəsinə aid bombaya görə 3 min insan təxliyə edilib.

Bombanın aşkarlandığı yerin yaxınlığında nəqliyyat hərəkəti də məhdudlaşdırılıb.

Ərazinin təxliyəsi bitdikdən sonra bombanın zərəsizləşdirilməsi prosesi başlayıb.

Məlumata əsasən, proses yerli vaxtla təxminən saat 01:45-də başa çatıb.

Qeyd edək ki, ötən gün Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid 100 kiloqramlıq bomba aşkar edilib.